Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Hit: 343
Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Oman körfəzində neft tankerlərinə hücumlarla əlaqədar İranın ünvanına səsləndirilən ittihamlara görə Böyük Britaniyanın Tehrandakı səfirliyi İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ceremi Hant Oman körfəzində tankerlərə hücumda İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) ittiham edib. O bildirib ki, İran daha əvvəllər də neft tankerlərinə hücumları edirdi.

İranda belə mövqeyi qəbuledilməz adlandırıblar.

Qeyd edək ki, iyunun 13-də Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

“Front Altair Tayvanın “CPC Corp” dövlət şirkəti üçün sifarişi yerinə yetirirdi və 75 min ton neft daşıyırdı. İkinci tanker isə yapon şirkətinə aiddir. O metanol daşıyırdı.

Daha əvvəl ABŞ Oman körfəzinə neft tankerlərinə görə hücumlarda İranı ittiham edib. Vaşinton sübutların, hətta onlarda bunu təsdiq edən videonun olduğunu iddia edir.









Redaktorun seçimi