Honkonq lideri ekstradisiya ilə bağlı qanun layihəsinin müzakirəsinin dayandırıldığını açıqlayıb

Hit: 329
Honkonq lideri ekstradisiya ilə bağlı qanun layihəsinin müzakirəsinin dayandırıldığını açıqlayıb

Honkonq lideri ekstradisiya ilə bağlı qanun layihəsinin müzakirəsinin dayandırıldığını açıqlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Honkonq lideri Kerri Lam bu barədə jurnalistlərə bildirib.

“Son iki gündə aparılan daxili müzakirələrdən sonra hökumət qanunvericiliyə dəyişikliyin olunmaması barədə qərar qəbul edib. Hökumətin bu məsələdə açıq fikirli olduğunu vurğulamaq istəyirəm. Bu dəyişikliyi etmək üçün son tarix təyin edilməyəcək", - deyə Kerri Lam qeyd edib.

Qeyd edək ki, Honkonqda saxlanılan şüphəlilərin Çin, Tayvan və Makaoya ekstradisiya olunmasınını nəzərdə tutan qanun layihəsi Honkonqda genişmiqyaslı etirazlara səbəb olub. 
 

 









Redaktorun seçimi