Ermənilər Putinə müraciət etdi: Qarabağa ordu göndərin!

50 dəfə oxunub
Ermənilər Putinə müraciət etdi: Qarabağa ordu göndərin!

Ermənistan Kommunist Partiyası Rusiya Prezidenit Vladimir Putinə müraciət edib.

Faktor.az xəbər verir ki, müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər:

“Hesab edirik ki, Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər”.



Redaktorun seçimi