Gürcüstanda güclü yağış daşqına səbəb olub

16 dəfə oxunub
Gürcüstanda güclü yağış daşqına səbəb olub

Ötən gecə Gürcüstanın Xaraqauli bələdiyyəsi ərazisinə  yağan güclü yağış və dolu  daşqına səbəb olub.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bələdiyyəyə tabe olan üç yaşayış məntəqəsinə, eləcə də bir fabrikə gediş-gəliş iflic vəziyyətə düşüb.

Xaraqauli bələdiyyəsindən verilən məlumata görə, daşqın  bələdiyyə ərazisindəki bir neçə körpünü uçurub. Hadisə nəticəsində bir ailənin ev heyvanları və quşları tələf olub.

Yerli icra hakimiyyətinin xüsusi texnikası və xilasedicilər hadisə yerinə cəlb olunublar. Dağıntıların aradan qaldırılması və kəndlərə yol hərəkətinin bərpası istiqamətində işlər aparılır.



Redaktorun seçimi