Misirdə 32 nəfər ömürlük həbs olundu

35 dəfə oxunub
Misirdə 32 nəfər ömürlük həbs olundu

Misir məhkəməsi 32 nəfəri ömürlük həbs cəzasına məhkum edib.

Faktor.az “Youm7” dərgisinə istinadən xəbər verir ki, buna səbəb onların Misir prezidenti Əbdül Fəttah əs-Sisiyə və Səudiyyə Ərəbistanı taxtının sabiq vəliəhdi Məhəmməd ben Naifiyə qarşı hazırladıqları sui-qəsd cəhdi olub.

Digər təqsirləndirilən şəxslərdən 2-si bəraət qazanıb, 29-u 15 il, 36-sı 10 il, 81-i isə 5 il həbs cəzası alıb.

 

 



Redaktorun seçimi