Əlcəzairin keçmiş Baş naziri həbs edildi

35 dəfə oxunub
Əlcəzairin keçmiş Baş naziri həbs edildi

Əlcəzairin keçmiş Baş naziri Əhməd Yəhya Ali Məhkəmənin qərarı ilə həbs edilib.

Faktor.az “Ən-Nahar” telekanalına istinadən xəbər verir ki, buna səbəb onun vəzifədə olduğu dövrdə yola verdiyi ciddi qanun pozuntuları olub. Bundan əlavə, eks-nazirin adı korrupsiya ilə bağlı cinayətlərdə də hallanır.

 

Məlumata görə, Əhməd Yəhya sorğu-sualdan sonra həbsxanaya göndərilib.



Redaktorun seçimi