ABŞ İranla bağlı “qara siyahı”nı genişləndirdi

Hit: 335
ABŞ İranla bağlı “qara siyahı”nı genişləndirdi

ABŞ İranla bağlı sanksiyalar siyahısını genişləndirib.

ABŞ Maliyyə Nazirliyi iki İraq vətəndaşını, eləcə də İraqın “South Wealth Resourses Company” şirkətini “qara siyahı”ya salıb. Sanksiyalar əsasən iraqlı iş adamı Samir Foza qarşı yönəlib. Onun yaranmış vəziyyətdən istifadə edərək qazanc etdiyi iddia olunur. Həmçinin “Aman” holdinqi və Xümsdə şəkər istehsalı ilə məşğul olan ticarət markasının işinə də sanksiya tətbiq edilib.

Onlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrinə görə sanksiya siyahısına salınıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etmişdi.









Redaktorun seçimi