ABŞ İran qarşısında gücünü itirdi - Prezidentdən SENSASİON ÇIXIŞ

73 dəfə oxunub
ABŞ İran qarşısında gücünü itirdi - Prezidentdən SENSASİON ÇIXIŞ

“Donald Tramp hökumətinin Tehrana təzyiq göstərmək üçün əlindəki bütün vasitələri istifadə edib və tükədib. Bu gündən etibarən təzyiqlərlə, təhdidləri sona çatdırmağa başlayacaq”.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident İran xalqına müraciət edib: “İran xalqına bunu demək istəyirəm ki, ABŞ-ın əlində İrana təzyiq göstərmək üçün başqa variantı qalmayıb. Bu dövrdə ölkəmizə təzyiq göstərmək üçün əllərindəki bütün vasitələri istifadə ediblər. Bu gündən etibarən təhdid və təzyiqləri sona çatacaq. Təzyiq və təhdidlər öz gücünü itirdi. Bundan sonra daha da gücsüz olacaq. Bunları tarix yazacaq. İran xalqının maksimum təzyiqə qarşı sağsağlam dayanması tarixə keçəcək.”

Almaniyanın Xarici işlər naziri Heyko Maasın İrana səfəri zamanı ona ABŞ-ın yanlış yol seçdiyini xatırladan Ruhani belə davam edib: “Avropanın ən ali diplomatlarının bunu deməsi digərlərinin İran xalqının böyüklüyünü və aliliyini etiraf etdiyini göstərir. Pisliyimizi istəyənləri haqq, ədalət və müzakirə masasına çəkəcəyik. Şübhə yoxdur ki, girdikləri yanlış yoldan geri addım atacaqlar”.

Qeyd edək ki, Həsən Ruhani bu gün Yaponiyanın baş naziri Şinzo Abe ilə, sabah isə Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatı toplantısında önəmli görüşlər keçirəcək.



Redaktorun seçimi