Kraliça baxımsız qalan villasını satır

30 dəfə oxunub
Kraliça baxımsız qalan villasını satır

İngiltərə kraliçası II Yelizaveta Maltadakı keçmiş evi olan “Villa Guardamangia”nı satışa çıxarıb. 

The Telegraph” agentliyi xəbər verir ki, villaya 6 milyon avro (12 milyon manat - red.) qiymət qoyulub. 

Paytaxt Valetta yaxınlığında yerləşən villada kraliça həyat yoldaşı şahzadə Filipp Malta dəniz donanmasında xidmət edərkən - 1949-1951-ci illərdə yaşayıb. 

 

Kraliça buradan köçdükdən sonra isə ümumi sahəsi 1560 kvadrat metr olan villa baxımsız vəziyyətə düşüb. 

II Yelizaveta 2015-ci ildə Maltaya səfəri zamanı bu evin onun üçün hər zaman özəl qalacağını bildirib.

 

 



Redaktorun seçimi