İmamoğlu ittiham etdi, TRT isə video yaydı

53 dəfə oxunub
İmamoğlu ittiham etdi, TRT isə video yaydı

CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu TRT-ni Qara dəniz bölgəsinə səfəri barədə xəbər hazırlamamaqda ittiham edib.

Faktor.az xəbər verir ki, İmamoğlu Türkiyənin NTV kanalında qonaq olduğu proqramda TRT-ni tənqid edib.

İmamoğlu türk xalqının vergiləri ilə fəaliyyət göstərən bir qurumun bu cür davranmasından məyus olduğunu qeyd edib.

TRT-nin İmamoğlunun iddiasına cavabı isə gecikməyib. “TRT Haber”in kanal koordinatoru Yəhya Bostan İmamoğlunun Qara dəniz səfərinə dair kanalın hazırladığı xəbər və görüntüləri Tvitter hesabından paylaşmaqla, CHP-nin namizədinə cavab verib. (axar.az)



Redaktorun seçimi