Tramp Kimdən “çox isti” məktub alıb

23 dəfə oxunub
Tramp Kimdən “çox isti” məktub alıb

ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In növbəti dəfə görüşə bilər.

Faktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlər qarşısında çıxış edən Donald Tramp deyib. 

O, görüş yeri və vaxtını dəqiqləşdirməsə də, tezliklə baş tutacağını qeyd edib.  “O, sözünü tutdu... Bu, mənim üçün çox vacibdir”, - deyə Tramp əlavə edib.

Ağ Ev başçısı Kim Çen Indan “çox isti” məktub aldığını bildirib və təkrar edib ki, onların çox yaxşı münasibətləri var. 



Redaktorun seçimi