Rusiyada avtomobil at arabasına çırpıldı, 2 nəfər öldü - VİDEO

24 dəfə oxunub
Rusiyada avtomobil at arabasına çırpıldı, 2 nəfər öldü - VİDEO

Rusiya Federasiyasının Çuvaşiya Respublikasında ağır yol qəzası baş verib.

Faktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, qəza bazar ertəsi axşam saat 19:35 radələrində “Tsivilsk-Ulyanosk” yolunun 71-ci kilometrliyində qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobilin sürücüsü yüksək sürətlə at arabasına çırpılıb.

Nəticədə arabadakı iki sərnişin ölüb, avtomobil sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. At ciddi xəsarət almayıb.

Faktla bağlı cinayət işi açılıb.

Sözügedən hadisənin videogörüntüləri “MDK” Teleqram-kanalında yayımlanıb.



Redaktorun seçimi