Baş nazirin oğlundan Trampın ünvanına QƏRİBƏ SÖZLƏR: - "Xalqımız ona səcdə edir"

41 dəfə oxunub
Baş nazirin oğlundan Trampın ünvanına QƏRİBƏ SÖZLƏR: - "Xalqımız ona səcdə edir"

“Donald Tramp İsraildə gerçək bir rok ulduzudur”.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu deyib.

ABŞ-da “Blaze” telekanalına müsahibə verən kiçik Netanyahu bildirib ki, israillilər Donald Trampa səcdə edir.

“İsraildə çoxluq Amerikaya, Donald Trampa səcdə edir. O, İsraildə gerçək bir rok ulduzudur. Tramp İsrail ilə yəhudi xalqının bu günə qədər Ağ Evdə sahib olduğu ən yaxşı dostdur. O, yəhudi tarixində daim xatırlanacaq”.

Baş nazirin oğlu Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyini bu şəhərə köçürmə qərarını tərifləyib.



Redaktorun seçimi