ABŞ bu sistemləri dağıdır – Lavrov açıqladı

60 dəfə oxunub
ABŞ bu sistemləri dağıdır – Lavrov açıqladı

ABŞ II Dünya müharibəsinin nəticələri əsasında formalaşmış beynəlxalq təhlükəsizlik sisteminin arxitekturasına güclü zərbələr endirməyə davam edir.

Faktor.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ həmçinin silahlanmaya nəzarət rejimini dağıtmağa köklənib və dünyanın müxtəlif regionlarında xaos yaymağa davam edir.

“Nümunə üçün uzağa getməyə gərək yoxdur: Bunlar ABŞ-ın uydurma bəhanə ilə yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması, İranla nüvə sazişini tərk etməsi, Fars körfəzində gərginliyin yaradılması və Venesuelada qanuni hakimiyyəti devirmək cəhdləridir”, - Lavrov bildirib.



Redaktorun seçimi