Güclü külək fəsadlar törədib

Hit: 305
Güclü külək fəsadlar törədib

Güclü külək Gürcüstanın Batumi şəhərində ciddi fəsadlara səbəb olub.

ONA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində şəhərin Ximşiaşvili  küçəsində aparılan tikinti işlərinə məxsus qaldırıcı kranın bir hissəsi qoparaq yaxınlıqdakı avtomobillərin ütünə düşüb. Şəhərin Kazbegi küçəsində də bənzər hadisə baş verib. Güclü külək tikinti gedən ərazidə metal və taxta cisimləri iki minik avtomobilin üstünə aşırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar xidmətinin bölmələri hadisə yerinə cəlb edilib və fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.









Redaktorun seçimi