İrəvan rəsmən təsdiqlədi: Nikol oğlunu Qarabağdan qaçırıb

Hit: 374
İrəvan rəsmən təsdiqlədi: Nikol oğlunu Qarabağdan qaçırıb

Ermənistan Müdafiə Nazirliyi Baş nazir Nikol Paşinyanın oğlu Aşotun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən İrəvana gətirilməsi barədə informasiyanı rəsmən təsdiq edib.

Faktor.az xəbər verir ki, nazirlik Aşot Paşinyanın İrəvana qısamüddətli təlim kursları üçün gəldiyini, bu nizamın bütün hərbçilərə aid olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə sosial şəbəkələrdə Paşinyanın oğlunu Qarabağdan İrəvana gətirməsi haqqında məlumat yayılmışdı. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində açıqlama yayaraq Azərbaycanı ittiham etmiş, amma Aşot Paşinyanın İrəvana gəlməsi haqqında dəqiq heç nə bildirməmişdi. Bununla belə Aşot Paşinyanın İrəvanın Nubaraşen rayonundakı hərbi hissələrdən birində olduğu söylənilmişdi.

Nubaraşendə 2017-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin V korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan Birləşmiş Qoşunlarının tərkibinə verilib.

Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Köçəryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə ittiham edib və torpaqları Azərbaycana satmaqda ittiham edib. Bunun ardınca Ermənistan Baş naziri Paşinyanın oğlunu Qarabağdan Ermənistana aparması diqqət çəkir. (axar.az)









Redaktorun seçimi