Gürcüstanda tətil edən mədənçilər yürüş keçiriblər

26 dəfə oxunub
Gürcüstanda tətil edən mədənçilər yürüş keçiriblər

Gürcüstanın Çiatura şəhərində tətil edən mədənçilər və onları dəstəkləyənlər yürüş keçiriblər. ONA-nın Gürcüstan bürosunun məlumatına görə, yürüş mədənçilərin problemlərinə diqqət çəkmək məqsədi ilə təşkil edilib.

“Georgian Manganese” şirkətinin mədənçilərindən 15-i aclıq aksiyası keçirir. Çiaturanın yeni seçilmiş meri Givi Modebadze aksiyaçılarla artıq görüşüb. Aclığa başlayanlar yerli icra hakimiyyətindən “Georgian Manganese” şirkətini mədənçilərin istəyini yerinə yetirməyə məcbur etməsini istəyiblər.

Qeyd edək ki, mədənçilər iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının 50 faiz artırılmasını tələb edirlər. Şirkət isə maaşları 25 faiz artırmağa razı olduğunu bəyan edib.



Redaktorun seçimi