İsraili meşə yanğınları cənginə alıb

Hit: 220
İsraili meşə yanğınları cənginə alıb

İsrailin mərkəzi hissəsində güclü meşə yanğınları başlayıb.

Faktor.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir. Yanğın Qüds və Modiin şəhərlərində meydana gəlib. Sakinlər təxliyyə olunmağa başlayıb və magistral yollar bağlanıb.

Meşə yanğınlarının havaların isti keçməsi səbəbindən meydana gəldiyi deyilir. Yanğını söndürmək üçün yanğınsöndürənlər və helikopterlər cəlb olunub.









Redaktorun seçimi