Əfqanıstanda 14 dinc sakin öldürülüb, yarısı uşaqdır

Hit: 219
Əfqanıstanda 14 dinc sakin öldürülüb, yarısı uşaqdır

Mayın 20-22-si tarixlərində Əfqanıstana endirilən hava zərbələri nəticəsində 14 nəfər dinc sakin dünyasını dəyişib.

Bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının (MOOHCA) Tvitter səhifəsində yazılıb. Daha 10 nəfərin isə yaralandığı bildirilir. Hücumlar Əfqanıstanın cənubundakı Qilmend və Kunar əyalətlərinə edilib.

Ölənlərdən 5-i qadın, 7-si uşaqdır. Ölənlərin sayının artacağı istisna edilmir.









Redaktorun seçimi