Pakistan 1500 kilometri vuran raketini atdı - VİDEO

Hit: 326
Pakistan 1500 kilometri vuran raketini atdı - VİDEO

Pakistan torpaq-torpaq tipli nüvə başlığı daşıyan Şahin-2 ballistik raketini uğurla sınaqdan keçirib.

Faktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan ordusunun mətbuat katibi general-mayor Asif Qafur deyib. O, raketin 1500 kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündə olduğunu bildirib.

Qeyd edək ki, Pakistan bu raketin sınağını sonuncu dəfə 2004-cü ildə keçirmişdi. Şahin-2 Pakistanın silahlanmasına 2014-cü ildə daxil edilib. (axar.az)

 









Redaktorun seçimi