Restoranda yer ayırdıb getməyənlər cəzalandırılacaq

Hit: 276
Restoranda yer ayırdıb getməyənlər cəzalandırılacaq

Rusiyanın Restoran və Otel İdarəçilik Federasiyası rezervasiyalarla bağlı təklif irəli sürüb.

Restoranlarda yer ayırdıb daha sonra getməyənlər buna görə cəzalandırılacaq. Buna səbəb Rusiyada restoranlarda yer rezerv etdirən müştərilərin 30%-nin daha sonra məkana getməməsidir. Yeni sistemə görə isə rezervasiya zamanı müştərinin hesabından bir miqdar məbləğ blok olunacaq.

Müştəri restorana getməzsə, sistem avtomatik olaraq bloklanmış məbləği hesabdan çıxacaq.









Redaktorun seçimi