Eyfel qülləsinə dırmanan adam rusiyalı ruhi xəstəymiş - VİDEO

26 dəfə oxunub
Eyfel qülləsinə dırmanan adam rusiyalı ruhi xəstəymiş - VİDEO

Dünən Eyfel qülləsinə naməlum şəxsin dırmanması səbəbi ilə qüllə bir neçə saat ərzində ziyarətçilər üçün bağlanmışdı.

O, ikinci mərtəbədən yuxarıya dəmir dayaqlarla, təxminən, 324 metr hündürlüyə qalxıb. Eyfel qülləsinin istismarına məsul olan şirkətin (SETE) sözçüsü jurnalistlərə deyib ki, tikiliyə dırmaşan naməlum şəxs ikinci mərtəbəyədək hamı kimi lift vasitəsilə çıxıb. Daha sonra icazə verilən həddən kənara çıxdığı zaman həyəcan siqnalı işə düşsə də, ancaq qülləyə çox cəld dırmaşmağa nail oub və onu saxlamaq cəhdləri nəticəsiz qalıb.

 

Bu gün məlum olub ki, qülləyə dırmanan şəxs Fransadan sığınacaq istəyən psixi xəstəymiş. Bu barədə Fransanın “Europe-1” radiostansiyası məlumat yayıb.

O, 6 saat ərzində qüllədən düşmək istəməyib və özünü öldürəcəyi ilə təhdid edib. Daha sonra polisin yardımı ilə qüllədən düşürülən şəxs psixiatrik xəstəxanaya yerləşdirilib.



Redaktorun seçimi