Hələb bombalandı - Yaralılar var

Hit: 245
Hələb bombalandı - Yaralılar var
Suriyanın Hələb şəhəri terrorçular tərəfindən raket atəşinə tutulub.
 
Faktor.az Trend-ə istinadən bildirir ki, Hələb şəhərinin Masakin əs-Səbil və Dauar əş-Şixan rayonlarının atəşə tutulması nəticəsində altı dinc sakin yaralanıb.
 
Həmin rayonlar şəhərin şimal-qərbində yerləşir.
 
Qeyd edilir ki, Suriya hökumətinin ordusu atəşə cavab olaraq, "Kafr Nabuda" şəhəri istiqamətində silahlıların mövqelərinə hücum edib. Bildirilir ki, ordu, həmçinin əl-Latmana, Kafr-Zeyta, Xan-Şeyxun və bir sıra rayonlara zərbə vurub.








Redaktorun seçimi