AŞPA həmməruzəçiləri Ermənistan hakimiyyətini məhkəmə sisteminə təzyiq göstərməkdən çəkinməyə çağırıb

Hit: 256
AŞPA həmməruzəçiləri Ermənistan hakimiyyətini məhkəmə sisteminə təzyiq göstərməkdən çəkinməyə çağırıb

Avropa Şurası Parlament Assampleyasının (AŞPA) Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoçkina və Andrey Sirselj bəyanat yayıb. 

Faktor.az AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, həmməruzəçilər bəyanatda Ermənistan hakimiyyətini məhkəmə sisteminə təzyiq göstərməkdən çəkinməyə çağırıblar.

“Siyasi marağı olan tərəflər məhkəmə sisteminə təzyiq kimi qəbul edilə biləcək hərəkətlərdən və ifadələrdən çəkinməlidirlər. Məhkəmənin müstəqilliyi qanunun aliliyi üçün əsas şərtdir”, - deyə bəyanatda qeyd edilib.

Bəyanatda o da vurğulanır ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasına olan ictimai reaksiya xalqın məhkəmə sisteminə inanmının az olduğunu göstərir.

Qeyd edək ki, Ermənistanda məhkəmə keçmiş prezident Robert Koçaryanın Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nin zaminliyi ilə azadlığa buraxılmasına dair qərar verəndən sonra baş nazir Nikol Paşinyan xalqı məhkəmələrin qapılarını bağlamağa və heç kəsi ora buraxmamağa çağırıb. Onun çağırışı ilə bir qrup etirazçı məhkəmə binalrına girişi bağlayıb, məhkəmələrin fəaliyyətini iflic edib. Günorta saatlarında Paşinyanın çağırışı ilə aksiya dayandırılıb.









Redaktorun seçimi