Gürcülər ən çox onları sevirlər – Reytinq

Hit: 267
Gürcülər ən çox onları sevirlər – Reytinq

Gürcüstan vətəndaşlarının 56%-i hazırkı hökumətin fəaliyyətini pis dəyərləndirir.

Faktor.az xəbər verir ki, bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur.

Sorğu iştirakçılarının cəmi 36%-i hökumətin fəaliyyətindən razı olduğunu bildirib ki, bu da keçən illə müqayisədə 9% azdır.

Sorğuda həmçinin əhalidən gürcü siyasətçilərinə münasibət də soruşulub. Respondentlər daha çox ölkənin Səhiyyə naziri David Sergeyenkoya (40%) və Tiflis meri Kaxa Kaladzeyə (40%) rəğbət bəslədiklərini bildiriblər. İlk üçlüyü 31% səslə Mixail Saakaşvili qapadıb. Növbəti yerlərdə isə Şalva Natelaşvili (28%), Salome Zurabişvili (28%), Qriqol Vaşadze (28%), Georgi Qaxariya (27%), Mamuka Baxtadze (26%), Georgi Vaşadze (22%), Niki Meliya (22%), İrma İnaşvili (21%), Bidzina İvanişvili (21%), David Usupaşvili (21%), İrakli Kobaxidze (20%) qərarlaşıb. (axar.az)

 









Redaktorun seçimi