Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var

28 dəfə oxunub
Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var

Ermənistanda hərbçilər ölümlə nəticələnən yol qəzasına düşüblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Synik vilayətinin Qafan rayonu ərazisində baş verən qəzada “Ford“ markalı avtomobil və Müdafiə Nazirliyinə məxsus “QAZ 66” avtomobili toqquşub.

Qəza zamanı Ford-un 23 yaşlı sürücüsü Artsvik Voskanyan həlak olub. 2-si hərbçi  olmaqla, 3 nəfər isə yaralanıb.   

 



Redaktorun seçimi