Gürcüstanda mer postuna seçkilər başlayıb - 4 namizəd azərbaycanlıdır

Hit: 200
Gürcüstanda mer postuna seçkilər başlayıb - 4 namizəd azərbaycanlıdır

Bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçiriləcək.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçiriləcək mer seçkilərində 15 namizəd mübarizə aparacaq. 

Həmin namizədlərdən dördü azərbaycanlıdır. Onlar "Gürcü arzusu demokratik Gürcüstan" partiyasından Zaur Darğallı, " Vahid Milli Hərəkat "dan Aqil Mustafayev, "Təşəbbüs Qrupu"ndan Əli Bədirov, "Bakradze- Uqulava Avropalı Gürcüstan" partiyasından Əhməd İmamquliyevdir. 









Redaktorun seçimi