Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar, yaralananlar var

38 dəfə oxunub
Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar, yaralananlar var

Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

Onun sözlərinə görə, silahlıların yaşayış məntəqələrini atəşə tutması nəticəsində Suriya ordusunun 3 hərbçisi yaralanıb: "Silahlılar sutka ərzində Latakiya əyalətinin Darh-Əbu-Əsəd (iki dəfə), Royset-Ruşu (iki dəfə), Sərəf, Mükəttəl Nahşeba, Cubb-Əz-Zərur, Safsafa, Sanceka, Cubb-Əl-Mhara, Kalat-Marza, Hama əyalətinin isə Karkad yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə Suriya ordusunun 3 hərbçisi yaralanıb".



Redaktorun seçimi