Brexit səbəbindən 1,46 milyard funt ziyana düşüb

Hit: 245
Brexit səbəbindən 1,46 milyard funt ziyana düşüb

İngiltərədə yerləşən səyahət və turizm şirkəti "Tomas Kuk" Brexitin gecikdirilməsi səbəbindən 1,46 milyard funt ziyana düşüb.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, şirkət bu müddət ərzində 21 mağazasını bağlayıb, həmçinin Sankt-Peterburqdakı mərkəzi ofisindən 150-dən çox işçisini ixtisar edib.

Qurumun baş icraçı direktoru Peter Fankhauzer bildirib ki, şirkət bir il ərzində ümumilikdə 1,46 milyard funt zərərlə üzləşib. O deyib ki, Brexitin yaratdığı siyasi qeyri-müəyyənlik səyahət planlarına da təsir edib.

"Tomas Kuk" şirkəti 2007-ci ildə yaradılıb. Holdinq Böyük Britaniya, Almaniya, Belçika və Skandinaviyada yerləşən bir neçə aviaşirkətə sahibdir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşir.









Redaktorun seçimi