Çin ABŞ-a səsləndi

Hit: 220
Çin ABŞ-a səsləndi

ÇXR-nin xarici işlər naziri Van İ ABŞ-ın baş katibi Mayk Pompeo ilə telefon danışıqları zamanı Vaşinqtonun Çinin maraqlarını tapdalamamağa səsləyib.

Nazir bildirib ki, son illər ABŞ Çin sahibkarlarının işi də daxil olmaqla, Pekinin müxtəlif sahələrdə maraqlarına xələl gətirən qərarlar verib.

“Biz buna qəti qarşıyıq. Bu səbəbdən də ABŞ tərəfini çox da “dərinə getməməyə” səsləyirik”, - Van İ-nin sözlərini ÇXR-nın XİN-i sitat gətirir.

Van i qeyd edib ki, Çin həmişə iqtisadi və ticari ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin bunun üçün tərəflər eynihüquqlu iştirakçılar kimi ünsiyyətdə olmalıdırlar.

Bir müddət öncə ABŞ və Çin arasında ticari danışıqların müvəqqəti dayandırıldığı bildirilmişdi. Danışıqların növbəti raundunun vaxtı hələ məlum deyil. Belə ki, mənbənin verdiyi məlumata görə, hər iki tərəfin hansı məsələni qaldıracağı bəlli deyil.









Redaktorun seçimi