ABŞ-dan Zelenskinin inaqurasiyasına kim gələcək?

Hit: 252
ABŞ-dan Zelenskinin inaqurasiyasına kim gələcək?

Ukrayna xarici işlər naziri Yekaterina Zelenko yeni seçilmiş prezident Vladimir Zelenksinin inaqurasiya mərasiminə ABŞ-dan gələcək dövlət rəsmisinin adını açıqlayıb.

Faktor.az “TASS” agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ-dan Ukraynaya energetika naziri Rik Perri gələcək.

Y. Zelenko onu da qeyd edib ki, inaqurasiyada 5 ölkənin prezidenti iştirak edəcək: Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan.









Redaktorun seçimi