Türkiyədən Öcalanla bağlı GÖZLƏNİLMƏZ QƏRAR

168 dəfə oxunub
Türkiyədən Öcalanla bağlı GÖZLƏNİLMƏZ QƏRAR

PKK terror təşkilatının lideri Abdullah Öcalanın vəkilləri ilə görüşmə qadağası götürülüb.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyə naziri Əbdülhəmid Gül danışıb.

Nazir bildirib ki, Öcalanın vəkilləri ilə görüşmək imkanı yaradılıb: “Məhbusların vəkillər ilə görüşməsi qanuni haqlarıdır. Lakin qanunda həm də təhlükəsizlik riskinin nəzərə alınması ilə bu haqq məhdudlaşdırıla bilər”.

Qeyd edək ki, Abdullah Öcalan Türkiyənin İmralı F tipli qapalı həbsxanasında saxlanılır. O, ilk dəfə həbsə girdikdən 8 il sonra, bu ilin 2 may tarixində vəkilləri ilə görüş imkanı əldə etmişdi.



Redaktorun seçimi