Gürcüstanda meşə yanğını söndürülüb

Hit: 304
Gürcüstanda meşə yanğını söndürülüb

Gürcüstanda Borjomi dərəsində baş vermiş meşə yanğını tam söndürülüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın nəticəsində 2,5 hektar sahə yanıb.

Yanğının söndürülməsinə cəlb olunan helikopter 24 uçuş edərək 48 ton sudan istifadə edib.

Hazırda yanğın ərazisində profilaktik tədbirlər həyata keçirilir. 









Redaktorun seçimi