Angela Merkel siyasətdən nə vaxt gedir?

47 dəfə oxunub
Angela Merkel siyasətdən nə vaxt gedir?

Almaniya kansleri Angela Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini açıqlayıb.

ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, o, harada olmasından asılı olmayaraq siyasi postda qalmaq istəmədiyini bildirib. A.Merkel əlavə edib ki, Almaniya kansleri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi karyerasını bitirmək niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Angela Merkelin Avropa İttifaqında rəhbər vəzifələrdə birini tuta biləcəyini açıqlayıb.

 

 



Redaktorun seçimi