Trampın daha bir rəqibi BƏLLİ OLDU: - "Onu daha əvvəl məğlub etdim" - VİDEO

163 dəfə oxunub
Trampın daha bir rəqibi BƏLLİ OLDU: - "Onu daha əvvəl məğlub etdim" - VİDEO

Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Bleyzo 2020-ci keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə sədrin özü namizədliyini açıqladığı 3 dəqiqəlik video vasitəsilə infromasiya yayıb.

Bleyzo seçki kampaniyasında işləyən ailələri ön planda tutacağını bildirib: “Nyu-Yorkda işləyən ailələr ön planda idi. Bundan sonra şəhər inkişaf etdi. Bu strategiya ölkəmiz üçün də keçərli ola bilər”. Yeni namizəd həmçinin qeyd edib ki, ölkədə iş saatına görə ödənilən məbləğin 15 dollara çatdırılması üçün cəhd göstərir. Xəstəlik icazəsi üçün qanuni təminat, əhatəli tibbi sığorta və məktəbəqədər təhsil planlarını da nümunə göstərib.

“Mən bir Nyu-Yorkluyam. Trampın da kobud bir adam olduğunu bilirəm. Bu, mənim və hamı üçün yeni xəbər deyil. Onunla necə başa çıxacağımı bilirəm. Bir kobudun qarşısında geri çəkilməyin. Onunla üzləşin. Donald Trampın qarşısı alınmalıdır. Onu daha əvvəl məğlub etdim və bunu yenə edəcəm. Bu hökumət işləyən insanlara xidmət edənə qədər dayanmayacam. Amerikanın ən böyük şəhərinin idarəçisi olaraq bunu bacardım”- Bleyzo deyib.

Qeyd edək ki, Bill de Bleyzo 2016-cı il seçkilərində Hillari Klintonun namizədliyini dəstəkləmişdi. O, daha əvvəl Tramp haqqında danışarkən “işləyən insanların vasitəsilə varlı olan irqçi fırıldaçı” sözlərini işlətmişdi. Tramp da onu öz növbəsində Nyu-Yorkun ən pis bələdiyyə sədri kimi dəyərləndirmişdi.

Bleyzo 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan 24-cü şəxs və 3-cü bələdiyyə sədridir.



Redaktorun seçimi