Ordumuzun qarşısından qaçan erməni kəşfiyyat generalının şok satqınlığı - ÜZƏ ÇIXDI

Hit: 2173
Ordumuzun qarşısından qaçan erməni kəşfiyyat generalının şok satqınlığı - ÜZƏ ÇIXDI

Ermənistanda Nikol Paşinyanın erməni hərbi birləşmələri baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri, “aprel müharibəsi”ndə erməni ordusunun məğlubiyyətinə görə əsas günahkar olaraq təqdim olunan Arşak Karapetyanı özünə müşavir təyin etməsinin səbəbi məlum olub.

Paşinyan Karapetyanı ötən ilin dekabrında vəzifəyə gətirib. Onun bu addımı ermənilər tərəfindən ciddi narazılığa səbəb olmuşdu. Çünki Ermənistanda “aprel müharibəsi” zamanı kəşfiyyat idarəsinin rəhbəri olmuş Karapetyanın Azərbaycan Ordusunun hərəkəti haqqında dəqiq məlumat verə bilmədiyi üçün məğlub olduqlarını hesab edənlər var.

Keçmiş prezident Ser j Sarkisyan məğlubiyyətdən sonra Karapetyanı vəzifəsindən azad etdi və Moskvada hərbi attaşe təyin etdi. Lakin Nikol Paşinyan hakimiyyətə gələndən sonra Karapetyanı geri çağırdı və özünə müşavir təyin etdi. Paşinyan bildirdi ki, o, “aprel müharibəsi”nə dair yüzlərlə məxfi sənədi oxuyub, amma heç birində kəşfiyyatın səhvinə dair məlumat əldə edə bilməyib. Erməni şərhçi Akop Badalyan isə Azərbaycan Ordusunun qarşısından qaçan kəşfiyyat generalının Paşinyan tərəfindən vəzifəyə gətirilməsinin şok səbəbini açıqlayıb.

“Robert Koçaryana qarşı 1 mart işi üzrə irəli sürülən ittihamlar Karapetyanın xüsusi ifadələri əsasında irəli sürülüb. Karapetyan ifadələrində bildirib ki, 2008-ci ilin 23 fevralında Robert Koçaryan müdafiə naziri olan Mikayel Artünyanı ordudakı vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. Hətta Artünyan müavini Manvel Qriqoryanın harada olduğunu belə bilmirmiş. Bu ifadələr əsasında Koçaryanın həbsi mümkün olub. Paşinyan da Koçaryanı satan generalı özünə müşavir təyin edib. Bu faktı Koçaryanın vəkilləri də təsdiqləyiblər”, - deyə erməni şərhçi bildirib.

 









Redaktorun seçimi