Sudan polisi “Sputnik”in müxbirinə ağır xəsarət yetirib

20 dəfə oxunub
Sudan polisi “Sputnik”in müxbirinə ağır xəsarət yetirib

“Sputnik” informasiya agentliyinin müxbiri Məhəmməd əl Fateh Sudan paytaxtı Hartumda hərbi polis tərəfindən ağır xəsarət alıb. 

Faktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polislər müxbirin baş və bədən nahiyəsinə rezin dəyənəklərlə zərbələr endiriblər.

Məhəmməd əl Fateh bildirib ki, hadisə polisin nümayişçilər tərəfindən Nimr körpüsündə qurduqları barrikadaları dağıdan zaman baş verib. 

Jurnalistin səhhəti barədə əlavə məlumat verilməyib.



Redaktorun seçimi