Trampın şəkli olan corabla onun görüşünə getdi

23 dəfə oxunub
Trampın şəkli olan corabla onun görüşünə getdi

ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser  etdiyi hərəkətlə gündəmə gəlib.

RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin ştata səfəri zamanı o Donald Trampın qarşısına  qeyri-adi görkəmdə gəlib. O ayağına üzərinə Trampın şəkli vurulmuş corab geyib və bunu dövlət başçısına nümayiş etdirib. Tramp bunu təbəssümlə qarşılayıb.

 Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb. 

Vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır.

“Yumşaq tüklərlə bəzədilmiş “Donald Tramp corabları” - Siz bu corabları həm geyinə, həm də prezidentin saçlarını daraya, onun imicini öz istəyinizə uyğun dəyişə bilərsiniz”, - deyə corab reklamçıları bildiriblər.

 

 

 



Redaktorun seçimi