ABŞ-İran müharibəsi hansı tarixdə başlayacaq? - “Bığlı adam”ın DƏHŞƏTLİ PLANI DƏHŞƏTLİ PLANI

1258 dəfə oxunub
ABŞ-İran müharibəsi hansı tarixdə başlayacaq? - “Bığlı adam”ın DƏHŞƏTLİ PLANI DƏHŞƏTLİ PLANI

Tramp Administrasiyası Tehranla nüvə anlaşmasından çıxandan sonra İran sərhədlərinə hərbi qüvvələr toplayır.

“USS Abraham Lincoln” təyyarə daşıyan gəmisi bombardmançı qruplarla birgə Bəsrə körfəzindədir. Vaşinqton iddia edir ki, İran və bölgədə İrana bağlı silahlı qruplar amerikalı əsgərlərə qarşı hücuma hazırlaşır. Bu iddia əslində İraqa hərbi müdaxilədən öncə yaradılan əsasların eynisinə bənzəyir. Əslində SEPAH-ın xarici terror təşkilatları sırasına salınması da Tramp Administrasiyasının İrana hərbi müdaxilə üçün Konqresdən icazə almaq üçün şəraitin yaradılması gedişi idi. Çünki Konqres 2001-ci ildən sonra yalnız terrorçulara qarşı əməliyyatları qeyd-şərtsiz dəstəkləyir.

Hazırda 120 minlik ABŞ ordusu Bəstə körfəzindədir və hər an hücum ola bilər. Vaşinqtonun İraqdakı bütün diplomatları təcili şəkildə çıxarması da müharibə hazırlığının ilkin mərhələsi hesab oluna bilər. İran da öz növbəsində müharibəyə hazırlığını davam etdirir. Bu ölkənin ali dini lideri Xomnei bəyan edib ki, ABŞ onların qarşısında geri çəkilmək məcburiyyətində qalacaq. “İranın qəti mövqeyi ABŞ-a qarşı mübarizə aparmaqdır. Bu mübarizədə ABŞ geri çəkilmək məcburiyyətində qalacaq. Bu, hərbi mübarizə deyil, çünki müharibə olmayacaq”, - deyə Xomnei bildirib. Lakin o, müharibə olmayacaqsa, mübarizənin necə aparılacağını açıqlamayıb. Əvəzində İranın ABŞ-a hansı istiqamətdə zərbələr vuracağını etiraf edib: “Biz deyirlər ki, uzaqmənzilli raketlər istehsal etməyin, raketlərinizin mənzilini azaldın. Bu o deməkdir ki, onlar bizə hücum edəndə, biz onların hərbi bazalarını vura bilməyək”. Xomneinin bu sözləri İranın əsas hədəfinin regiondakı ABŞ hərbi bazaları olduğunu təsdiqləyir.

Dini lider həmçinin, ABŞ-la heç bir müzakirənin aparılmayacağını deməklə, müharibəyə gedən yolu bir qədər də düzə çıxarıb. İran prezidenti Həsən Ruhaninin müşaviri Hüsameddin Aşina isə Tramp Administrasiyasının İrana qarşı addımlarının müharibəyə səbəb ola biləcəyini açıqlayıb. Aşina ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İranla bağlı planlarına toxunub və Trampa xəbərdarlıq edib. “Donald Tramp İranıa daha yaxşı anlaşma bağlamaq haqqında düşünürdün, lakin bunun əvəzinə müharibəyə doğru gedirsən. Bığlıya qulaq asanda, belə də olmalı idi”, - deyə o bildirib.

 

 



Redaktorun seçimi