İran nüvə sazişi üzrə öhdəliklərini qismən dayandırdı

61 dəfə oxunub
İran nüvə sazişi üzrə öhdəliklərini qismən dayandırdı

Tehran 2015-ci ildə Vyanada bağlanmış nüvə sazişi üzrə bir sıra öhdəliklərinin icrasını rəsmi olaraq dayandırıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, nüvə sazişinin icrasının qismən dayandırılması İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı olub.

Xatırladaq ki, mayın 8-də (ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxmasının il dönümündə) rəsmi Tehran Birgə Hərtərəfli Tədbirlər Planının (JCPOA) bir sıra bəndlərinin yerinə yetirilməsini dayandıracağını elan edib.

Söhbət xüsusilə zənginləşdirilmiş uran və ağır su ehtiyatlarından gedir. Rəsmi Tehran bildirib ki, bu qərar Vaşinqtonun nüvə sazişindən çıxması, həmçinin, “altılıq” qrupunun digər ölkələrinin (Almaniya, Fransa, Böyük Britaniya, Çin və Rusiya) mövcud problemi aradan qaldıra bilməməsi ilə əlaqədar olub.

Tehran Berlin, Paris, London, Pekin və Moskvaya İranın maraqlarının təmin olunması üçün 60 gün vaxt verib. İran maraqlarının təmin olunacağı təqdirdə nüvə sazişi üzrə öhdəliklərini tamamilə yerinə yetirəcəyinə söz verib.



Redaktorun seçimi