Pilotsuz təyyarələr Səudiyyə Ərəbistanında neft kəmərini vurdu

81 dəfə oxunub
Pilotsuz təyyarələr Səudiyyə Ərəbistanında neft kəmərini vurdu

Pilotsuz təyyarələr Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərini vurub.

Faktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika, sənaye və mineral resurslar naziri Xaled əl-Faleh məlumat yayıb. Onun sözlərinə görə, hücumdan sonra kəmərdə yanğın başlayıb. Hücumun arxasında kimin dayanması məlum deyil. Hazırda yanğın nəzarətə götürülüb.

Neft hasilatında fasilə olmayıb.



Redaktorun seçimi