Qanlı savaş başlanacaq, Qafqaz dağılacaq, Azərbaycan və Ermənistan... - Jirinoviskidən ŞOK PROQNOZ

Hit: 2876
Qanlı savaş başlanacaq, Qafqaz dağılacaq, Azərbaycan və Ermənistan... - Jirinoviskidən ŞOK PROQNOZ

Rusiya İrandan qaçqın axınına hazırlaşmalıdır.

Faktor.az xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinoviski deyib. Jirinoviski hesab edir ki, İrana hərbi zərbələrin endiriləcəyi vaxt yaxınlaşıb. “İsrail on il öncə İrana zərbə vurmaq qərarını qəbul etdi. Bu qərarın icrasına artıq başlanıb. ABŞ hərbi gəmiləri İran sərhədlərinə doğru hərəkət edir”, - deyə o bildirib.

Jirinoviski qeyd edib ki, İran müharibəsi Rusiya üçün böyük təhlükədir. “İrana zərbədən sonra ər şey dağılacaq. Qaçqınlar şimala qaçacaqlar. Biz sərhədi bağlayacağıq, onda bölgədə qanlı toqquşmalar başlanacaq, Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan, Ermənistan dağılacaq. Rusiya və ABŞ dünyanı böləcəklər. SSRİ-nin sərhədləri bərpa ediləcək. Bu, əvvəlcə Rusiyanın qərb sərhədləri, sonra cənub sərhədləri üzrə olacaq”, - deyə populist fikirləri ilə Rusiya siyasətinin “qeyri-ciddi adamı” olaraq qəbul olunan Jirinoviski iddia edib.









Redaktorun seçimi