Əfqanıstanda uşaqlar minaya düşdü - ölənlər var

Hit: 297
Əfqanıstanda uşaqlar minaya düşdü - ölənlər var

Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətində fuqasın (mina növü - red.) partlaması nəticəsində dörd azyaşlı həyatını itirib, beş nəfər yaralanıb.

Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Yerli polis rəsmilərinə görə, uşaqlar terrorçuların əfqan hərbçilərə qarşı yola quraşdırdığı minaya düşüb. Ölən uşaqların yaşları və kimliyi barədə məlumat verilmir.









Redaktorun seçimi