Prezident cangüdənini ölkə kəşfiyyatına rəhbər gətirdi

Hit: 268
Prezident cangüdənini ölkə kəşfiyyatına rəhbər gətirdi

Braziliya prezidenti Jair Bolsonaru ötən il bu posta seçildikdən sonra onun mühafizəsini təmin edən Federal polis əməkdaşı Aleşandre Ramajenə yüksək vəzifə həvalə edib.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş cangüdən Milli Kəşfiyyat Agentliyinə direktor təyin edilib. 

Rodriqes 2007-ci ildən bəri Milli Kəşfiyyat Agentliyində çalışmadan kəşfiyyata rəhbərlik edəcək ilk şəxs olacaq. Bu kadr dəyişikiyinin dövlət başçısının şəxsi qərarı olduğu vurğulanır. 

Analitiklərin fikrincə, bu cür kadr dəyişikliyi kəşfiyyat cəmiyyətində Bolsonaruya artan etimadsızlığın sübutudur. 









Redaktorun seçimi