Ərdoğan: Avropa İttifaqı Türkiyəsiz bunu edə bilməyəcək

Hit: 380
Ərdoğan: Avropa İttifaqı Türkiyəsiz bunu edə bilməyəcək

Türkiyənin iştirakı olmadan öz dəyərlərinin təminatı üzrə Avropa İttifaqının səyləri müvəffəqiyyətsizliyə məhkumdur.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İslahat Fəaliyyət Qrupunun toplantısında bildirib.

“Türkiyəni Avropa cəmiyyətinin hüquqlarından çıxarmağa çalışanların hərəkətlərinə baxmayaraq, Avropa İttifaqına üzvlük üzrə səylərimiz davam edəcək. Türkiyənin tamhüquqlu iştirakı olmadan öz dəyərlərinin təmin olunması üzrə Avropa İttifaqının bütün səyləri müvəffəqiyyətsizliyə məhkumdur”, - Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə vizaların sadələşdirilməsi prosesində 72 meyardan 66-sını tamamlayıb.

“Qalan 6 meyarla əlaqədar addımlar ataraq Avropa İttifaqının vizaların sadələşdirilməsində nə qədər səmimi olduğunu görəcəyik”, - Türkiyə prezidenti söyləyib.









Redaktorun seçimi