Təbrizdə zəlzələ olub

Hit: 218
Təbrizdə zəlzələ olub

İranın Təbriz şəhərində zəlzələ baş verib.

ONA-nın İran bürosunun məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 3:27 dəqiqədə baş verib.

Zəlzələ 3.7 bal gücündə  və yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Təbriz şəhərinin 7 kilometrində yerləşən  Basmənc və  Sərdrud bölgəsi olub.

Dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.









Redaktorun seçimi