Nazir hər kəsə içməyi, çəkməyi və ət yeməyi tövsiyə etdi

Hit: 306
Nazir hər kəsə içməyi, çəkməyi və ət yeməyi tövsiyə etdi
Mayın 3-də NRK radiostansiyasına verdiyi müsahibədə yeni Norveç Səhiyyə naziri Silviya Listhuq bildirib ki, insanlara siqaret çəkməyə, spirtli içki içməyə və  istədikləri qədər ət yeməyə icazə vermək lazımdır. 
 
"Mən insanların mənəvi  bələdçisi olmağa və onlara necə yaşamaq lazım olduğunu öyrətməyə hazırlaşmıram. Mən insanlara seçim üçün kifayət qədər informasiya təqdim etmək niyyətindəyəm. Onu nəzərdə tuturam ki, insanlara istədikləri qədər siqaret çəkmək, içmək və  ət yemək üçün icazə verilməlidir. Səlahiyyətlilər pis vərdişlər barədə məlumat verməkdən şaddırlar, amma insanlar nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilirlər".
 
"Məncə, bir çox siqaret çəkənlər siqaret paketlərində siqaret təhlükəsi barədə şəkillərə baxanda ikrah hissi keçirirlər. Hesab edirəm ki, bu səfehlikdir. Siqaret çəkmək çox  pis bir vərdişdir və insanlar nə etməli olduqlarına özləri qərar verməlidirlər "- nazir deyib.
 
Listhug bir çox hallarda  qeyri-müəyyən ifadələri ilə tanınan ən populyar Norveç siyasətçilərindən biridir.
moderator.az








Redaktorun seçimi