ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Hit: 187
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar haqqında fərman imzalayıb. Sanksiyalar  metal hasilatı və istehsalı sahələrini əhatə edir.

Ağ Evin yaydığı məlumata görə, sanksiyalar İranda dəmir, polad, alüminium və mis istehsalı sahələrini əhatə edəcək.

Sanksiyalar həm İranda ağır metallurgiya sahəsində çalışan, həm də bu ölkəylə metal istehsalı sahəsində əməkdaşlıq edən əcnəbi şirkətlərə də şamil ediləcək.

Belə şirkətlkərin aktivləri ABŞ maliyyə nazirliyinin qərarı ilə bloklana bilər. Həmçinin İrana sözügedən metalların  istehsalında istifadə olunan məhsulların satılması da qadağan edilib.

“Bu addım İranda kütləvi qırğın silahlarının istehsalının və  bu ölkənin terrorçu qruplaşmaları dəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır”,- deyə Trampın məsələ ilə bağlı daha öncə konqresə ünvanladığı məktubda deyilir.









Redaktorun seçimi