Putin dəniz donanması komandanını dəyişdi

Hit: 248
Putin dəniz donanması komandanını dəyişdi

Vladimir Putin admiral Nikolay Yevmenovu hərbi dəniz donanması baş komandanı vəzifəsinə təyin edib.

RİA Novosti”nin məlumatına görə, müvafiq fərman iclasda Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən  oxunub.

Hərbi dəniz qüvvələrinin keçmiş baş komandanı Vladimir Korolyov isə “Birləşmiş gəmiqayırma korporasiyası” müəsisəsinə təyinat alıb.

“Əminəm ki, onun “Birləşmiş gəmiqayırma korporasiyasına” keçidi dövlət müdafiə sifarişlərinin və hərbi dəniz donanmasının maraqlarında olan xüsusi proqramların gerçəkləşdiriməsinə şərait yaradacaq”, - deyə Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, Korolyov 46 il hərbi xidmət çəkib, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə böyük töhfələr verib.

Onu əvəz edən admiral Yevmenov buna qədər Rusiyanın Şimal donanmasına komandanlıq edib.









Redaktorun seçimi