Dünyanın gözlədiyi görüş baş tutacaq - Tramp açıqladı

Hit: 234
Dünyanın gözlədiyi görüş baş tutacaq - Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp çinli həmkarı Si Çinpini yaxın zamanda Ağ Evdə qonaq edəcəyini deyib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, Tramp ABŞ-la Çin arasında əldə olunan ticarət razılşamasının həmin toplantıda imzalamaq istədiyini bildirib.

Qeyd edək ki, Ağ Ev çərşənbə axşamı günü verdiyi açıqlamada ABŞ-ın Maliyyə naziri Stiven Munç ilə ABŞ ticarət nümayəndəsi Robert Laytizerin 30 apreldə ticarət müzakirələri üçün Pekinə gedəcəyini qeyd etmişdi. Çinin Baş nazirinin müavini Liu He də 8 mayda ticarət məsələlərinin müzakirəsi üçün Vaşinqtonda olacaq.









Redaktorun seçimi